Tramp Putinin dəvətindən imtina etdi
Onun sözlərinə görə, Kreml artıq Trampın Moskvaya gəlməyəcəyi ilə bağlı məlumat alıb.
“ABŞ-ın Qələbə tədbirlərində hansı səviyyədə təmsil olunacağı barədə hələlik dəqiq informasiyaya malik deyilik. Lakin, diplomatik kanallar vasitəsi ilə prezidentin gəlməyəcəyi barədə məlumat aldıq”, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət etmişdi.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


