Tural Gəncəliyev Britaniya səfiri ilə görşüb

  10 Mart 2020    Oxunub : 1441
Tural Gəncəliyev Britaniya səfiri ilə görşüb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev ilə tanışlıq xarakterli görüşüm oldu. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolları və icmanın bu işə verə biləcəyi töhfələri müzakirə etdik”, səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: