Duma prezidentlik müddətinin ləğvi təklifini dəstəklədi

 Duma prezidentlik müddətinin ləğvi təklifini dəstəklədi
  10 Mart 2020    Oxunub:2790
Rusiya Dövlət Duması deputat Valentina Tereşkovanın prezidentlik müddətinin məhdudlaşdırılmasını aradan qaldıran konstitusiya dəyişiklikləri haqqında qanun layihəsinə düzəlişini dəstəkləyib.
Azvision.az bu barədə TASS-a istinadla xəbər verir. Təklifə əsasən, Rusiya Federasiyasının Konstitusiyasına edilən düzəlişlər qüvvəyə mindiyi andan bu vəzifəni tutan və ya tutmuş şəxs müddət sayı nəzərə alınmadan, dövlət başçısı vəzifəsinə namizəd ola bilər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin prezidentlik müddətinin uzadılması təklifinə münasibət bildirib. Putin deyib ki, alternativisiz seçkilərə ehtiyac yoxdur, seçki açıq və rəqabətli keçirilməlidir.

Putin vurğulayıb ki, hazırkı prezidentin müddətinin uzadılması ilə bağlı təkliflər, fikirlər səsləndirilir. O, aprel ayında konstitusiyaya dəyişikliklərlı bağlı referendumun keçiriləcəyini deyərək, prezidentin səlahiyyət müddətinin uzadılmasına ehtiyac olmadığını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Duma  





Xəbər lenti