Nazirlikdən dərslərlə bağlı açıqlama: "Məlumatlar doğru deyil"

 Nazirlikdən dərslərlə bağlı açıqlama:    "Məlumatlar doğru deyil"
  11 Mart 2020    Oxunub:4528
Təhsil Nazirliyi buraxılan dərs günləri ilə bağlı məlumatlara münasibət bildirib.
Azvision.az xəbər verir ki, nazirliyin İctimaiyyətə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, yayılan məlumat doğru deyil:

"Son saatlarda yayılan cədvəllər sadəcə, özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın".

Yayılan cədvəldə bildirilir ki, buraxılan dərs günləri aşağıdakı cədvəl üzrə şənbə günləri ilə əvəz ediləcək:

1. 03.03-28.03
2. 04.03-04.04
3. 05.03-11.04
4. 06.03-18.04
5. 10.03-25.04
6. 11.03-02.05
7. 12.03-09.05
8. 13.03-16.05
9. 16.03-23.05
10. 17.03-30.05

Həmçinin iddia olunur ki, ibtidai siniflər üçün mayın 1-də 5-dək nəzərdə tutulan tətillər ləğv ediləcək.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti