Nazarbayevin qızı və nəvəsinin əmlakına həbs qoyuldu

Nazarbayevin qızı və nəvəsinin əmlakına həbs qoyuldu
  11 Mart 2020    Oxunub:2493
Böyük Britaniya hakimiyyəti Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakına həbs qoyub.

Azvision.az “BBC”yə istinadən xəbər verir ki, Nazarbayevin qızı, Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva, onun böyük oğlu Nurali Əliyev və həyat yoldaşı Aida Londonda 100 milyon dollardan çox dəyərində mənzillər alıblar.
Müstəntiqlər evlərin Dariqa Nazarbayevanın keçmiş əri Rahat Əliyevin cinayət yolu ilə əldə etdiyi gəlirlərlə alınması qənaətindədir.

Britaniya hakimiyyəti Nazarbayevlərin əmlakına hüquq-mühafizə orqanlarının sorğusu əsasında 2019-cu ilin yazında həbs qoyub. London Ali Məhkəməsinin hakimi məlumatın indi ictimailəşdirilməsinə icazə verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: London   Nazarbayev  





Xəbər lenti