AFFA klubları cərimələdi

  11 Mart 2020    Oxunub : 1399
AFFA klubları cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Azvision.az qurumun saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail” – “Zirə” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. Bundan başqa, "qartallar"ın yeni transferi Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” 800 manat cərimə ödəyəcək.

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə oyunun startı gecikdiyi üçün “Səbail” klubu 800 manat cərimələnib.

“Neftçi” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Azvision.az

Teqlər: AFFA