COVID-19 daha bir ölkədə aşkar edildi

COVID-19 daha bir ölkədə aşkar edildi
  11 Mart 2020    Oxunub:2132
Hondurasda koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb. Bildirilib ki, ölkədə iki nəfərin virusa yoluxduğu təsdiqlənib.

Koronavirus martın 4-də İspaniyadan qayıdan 42 yaşlı qadında və İsveçrədən gəlmiş 37 yaşlı digər qadında aşkarlanıb. Onların hər ikisi Honduras vətəndaşıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti