Səudiyyə Ərəbistanı neft hasilatını artırır

 Səudiyyə Ərəbistanı neft hasilatını artırır
  11 Mart 2020    Oxunub:3067
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan "Saudi Aramco" hasilat gücünü sutkada 12 milyon barreldən 13 milyon barelə qədər artıracaq.
Azvision.az “İnterfax”a istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, şirkət Enerji Nazirliyindən tutumun artırılması barədə sifariş alıb.

Xatırladaq ki, Vyanada martın 6-da OPEC + toplantısının iştirakçıları neft hasilatını azaltmaq barədə razılığa gələ bilməyiblər. Belə ki, Rusiya istehsalı azaltmağı nəzərdə tutan yeni razılaşmaya qoşulmaqdan imtina edib. Öz növbəsində Səudiyyə Ərəbistanı da istehsalı artırmaq niyyətində olduğunu bildirib.

Səudiyyə Ərəbistanı aprel ayının 1-dən alıcılara əhəmiyyətli endirimlər təklif edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Neft  





Xəbər lenti