İranda koronavirusun dərmanı hazırlandı

 İranda koronavirusun dərmanı hazırlandı
  11 Mart 2020    Oxunub:14477
İranın koronavirus əleyhinə hazırladığı dərman müalicə zamanı effektli olub.

Azvision.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, "Actemra" adlı dərman virusa yoluxan insanların immun sistemini gücləndirir:
"Hazırlanan dərman təsirini 24 saat ərzində göstərib. Bu dərman koronavirusa yoluxan şəxsləri sağaldıb. Bununla belə hələlik dərmanın effektlivliyi ilə bağlı konkret fikir söyləmək üçün tezdir. Çünki dərmanın zərərləri araşdırılır. Əgər nəticələr uğurlu olsa, bazara çıxarılacaq".

Dərmanın İranın daxili imkanları ilə hazırlandığını diqqətə çatdıran Cahanpur qeyd edib ki, onun bazara çıxarılması üçün 3 həftə vaxt lazımdır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti