Rusiya Federasiya Şurası konstitusiya düzəlişlərini təsdiqləyib

  11 Mart 2020    Oxunub : 1341
 Rusiya Federasiya Şurası konstitusiya düzəlişlərini təsdiqləyib
Rusiya Federasiya Şurası Konstitusiyaya düzəlişləri nəzərdə tutan qanunu təsdiqləyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, düzəlişlər Rusiya Federasiyasının hazırkı prezidentinin 2024-cü ildə yenidən bu vəzifəyə namizəd olmasına imkan verir.

Əsas qanunda bir sıra digər dəyişikliklər də yer alıb.

Qanun baxılması üçün bölgələrə təqdim olunacaq. Sənədin regional parlamentlərin üçdə ikisinin dəstəkləməsindən sonra təsdiqlənmiş hesab ediləcəyi nəzərdə tutulur, əks halda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı bütün proses dayandırılacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya