Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu

 Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu
  12 Mart 2020    Oxunub:2043
Ermənistanda daha üç nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat yayıb.

O bildirib ki, virusa yoluxanlardan ikisi Ermənistan, digəri İtaliya vətəndaşıdır: “Təəssüf ki, bizdə üç nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan ikisi - 42 və 47 yaşlı şəxslər Ermənistan vətəndaşlarıdır. Digəri ölkəmizdə işləyən İtaliya vətəndaşıdır (51 yaş). Onların hamısı İtaliyada səfərdə olublar".

Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti