Tramp Avropadan ABŞ-a girişi qadağan etdi

 Tramp Avropadan ABŞ-a girişi qadağan etdi
  12 Mart 2020    Oxunub:2193
ABŞ Prezidenti Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Böyük Britaniya istisna olmaqla, Avropa ölkələrindən Amerikaya girişi qadağan edib.

Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, 30 günlük qadağa martın 13-dən tətbiq olunacaq.
Tramp bildirib ki, bu qadağa ticarətə təsir etməyəcək: “Bu, ticarətə deyil, insanlara aiddir”.

Onun sözlərinə görə, Avropa İttifaqı epidemiyanın qarşısının alınmasının öhdəsindən gələ bilməyib, çünki ABŞ-dan fərqli olaraq Çinlə vaxtında əlaqələri dayandırmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Avropa  





Xəbər lenti