14 milyon uşağın yardıma ehtiyacı var

14 milyon uşağın yardıma ehtiyacı var
  27 Dekabr 2013    Oxunub:3532
Qurum beynəlxalq ictimaiyyətə müraciətində Suriyada münaqişədən əziyyət çəkən uşaqlara 2014-cü ildə zəruri yardımların göstərilməsi üçün 835 milyon dollara ehtiyacın olduğunu bildirib
UNİCEF suriyalı uşaqların xilası üçün tarixinin ən böyük müraciətini edib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, qurum beynəlxalq ictimaiyyətə müraciətində münaqişədən əziyyət çəkən uşaqlara 2014-cü ildə zəruri yardımların göstərilməsi üçün 835 milyon dollara ehtiyacın olduğunu bildirib.

Bu məbləğ ötən ildəkindən 77% atıqdır, bu da təşkilatın indiyədək donorlardan tələb etdiyi ən böyük məbləğ hesab olunur.

UNİCEF-in hesabatına görə, Suriya daxilində 4 milyon, xaricində isə 1 milyondan artıq uşağın humanitar yardıma ehtiyacı var. Bildirilir ki, dünyada 3 ən böyük böhrandan əziyyət çəkən 14 milyon uşaq vardır ki, bunun da 1/3-ni suriyalı azyaşlılar təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti