Məşhur aktyor və həyat yoldaşı koronavirusa yoluxub

  12 Mart 2020    Oxunub : 2448
 Məşhur aktyor və həyat yoldaşı koronavirusa yoluxub
Amerikanın Oskar almış məşhur aktyoru Tom Henks və onun həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə aktyor özünün “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, hazırda həyat yoldaşı ilə birlikdə Avstraliyadadır: “Biz koronavirusla bağlı analiz verdik və cavab müsbətdir”.

Henks əlavə edib ki, qaydalara uyğun olaraq müalicə müddətində cəmiyyətdən təcrid olunacaqar.

Avstraliyanın Səhiyyə Nazirliyi ölkədə virusa yoluxanların sayının 112-yə çatdığını bəyan edib. Ölkə üzrə ən çox yoluxma 60 hal olmaqla Yeni Cənubi Uels əyalətində qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Aktyor   Koronavirus