Liverpulda futbol möcüzəsi: Gecənin nəticələri - VİDEO

Liverpulda futbol möcüzəsi: Gecənin nəticələri -  VİDEO
  12 Mart 2020    Oxunub:3186
UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gecə keçirilən görüşlərdən sonra daha 2 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Turnirin son qalibi "Liverpul" öz meydanında "Atletiko" ilə qarşılaşıb. İlk oyunda minimal hesabla qalib gələn Madrid klubu səfərdə də qələbəyə sevinib. Belə ki, oyunun əsas vaxtı "Liverpul"un 1:0 üstünüyü ilə başa çatan matçın əlavə dəqiqələrində 4 qol vurulub. Nəticədə qonaqlar 3:2 hesablı qələbə qazanaraq 1/4 finala yüksəliblər.



Digər görüşdə isə Dortmund "Borussiya"sı səfərdə PSJ-nin qonağı olub. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi bu dəfə 2:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.



Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmalardan sonra İtaliyanın "Atalanta" və Almaniyanın “Leyptsiq” komandaları 1/4 finala yüksəlib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ÇL   Futbol  





Xəbər lenti