Çində koronavirusun pik dövrü geridə qalıb

Çində koronavirusun pik dövrü geridə qalıb
  12 Mart 2020    Oxunub:1844
Çində koronavirus epidemiyasının pik həddi artıq geridə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Komitəsinin rəsmi nümayəndəsi Mi Fen bildirib.

Onun sözlərinə görə, hazırda Uhan istisna olmaqla, Hubey əyalətinin digər şəhərlərində bir həftə ərzində yeni yoluxma halı qeydə alınmayıb.

Hubey əyalətindən kənarda isə 7 yeni yoluxma aşkarlanıb, onlardan 6-sı ölkəyə gələnlərdə qeydə alınıb.

Komitə rəsmisi qeyd edib ki, bu məlumatlar Çində epidemiya dalğasının artıq keçdiyini göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti