Türkiyə hərbçilərini İdlibdən çıxarmayacaq

  12 Mart 2020    Oxunub : 1074
 Türkiyə hərbçilərini İdlibdən çıxarmayacaq
Rusiya və Türkiyə İdliblə bağlı danışıqlarda əksər məsələlərdə razılığa gələ bilib.
Azvision.az “NTV”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib. O vurğulayıb ki, İdlibdə türkiyəli hərbçilər qalmaqda davam edir və onların çıxarılmasından söhbət getmir.

Qeyd edək ki, İdlibdə vəziyyət fevralın 27-dən gərginləşib. Nəticədə 36 türk əsgəri şəhid olub, 30-dan çox insan yaralanıb. Buna cavab olaraq Ankara Suriyanın şimal-qərbində "Bahar Qalxanı" adlı hərbi əməliyyata başlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Suriya   Rusiya