Ali məktəblərdə tədris ilinin müddəti uzadıldı

Ali məktəblərdə tədris ilinin müddəti uzadıldı
  12 Mart 2020    Oxunub:5755
Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov ali təhsil müəssisələrinin rəhbərlərinə təlimat məktubu göndərib.

Qeyd olunub ki, ali məktəblərdə dərslər mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək. İmtahanlar isə 15 iyunda başlayacaq, 13 iyulda başa çatacaq.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti