Avropada koronavirusun olmadığı yeganə ölkə

  12 Mart 2020    Oxunub : 1502
 Avropada koronavirusun olmadığı yeganə ölkə
Monteneqro COVID-19 infeksiyasına yoluxmanın qeydə alınmadığı yeganə Avropa ölkəsidir.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Sağlamlıq İnstitutunun epidemioloqu İqor Qaliç bildirib.

Onun sözlərinə görə, epidemiya başlayandan bəri ölkədə 2000-dən çox insan müayinə olunub. Hazırda 392 nəfər həkim nəzarətindədir.

"Koronavirusun diaqnostikası iki-üç saat çəkir, buna görə nəticələr tez bir zamanda məlum olur", - deyə Qaliç əlavə edib.

O, insanları həyəcanverici, panika yaradan məlumatlardan, dezinformasiyadan uzaq olmağa çağırıb.

Qeyd edək ki, son məlumatlara görə, dünyada 126 631 nəfərdə COVID-19 infeksiyası təsdiqlənib, 4638 xəstə ölüb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı vəziyyəti pandemiya adlandırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus   Avropa