Təhsil Nazirliyindən Nazirlər Kabinetinin qərarına münasibət
Onun sözlərinə görə, yeni qərar qəbul edildikdən sonra uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi: “Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb. Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə, bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir”.
Nazirlik rəsmisi əlavə edib ki, sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi