Ölüm ayağında görülən işığın sirri açılır

Ölüm ayağında görülən işığın sirri açılır
  27 Dekabr 2013    Oxunub:1569
Amerikalı neyrofizioloqlar maraqlı eksperimentlər keçirib. Onlar ölən siçovulların beyin fəallığının necə söndüyünü müşahidə ediblər. Bu yöndə tədqiqatlar can verən insanların nəyə görə “tunelin sonunda işıq” görməsinə aydınlıq gətirməlidir.
Miçiqan Universitetinin araşdırmaçısı Cimo Borciqin bildirib ki, onların araşdırması ölən beynin neyrofiziologiyasının öyrənilməsi istiqamətində ilk elmi işdir. Yaxın gələcəkdə araşdırmanın insanlar üzərində də aparılması nəzərdə tutulub. Onların ölüm ərəfəsində, xüsusilə də ürəkləri dayanandan sonra keçirdikləri hisslər, həmin vaxt sönməkdə olan beynin necə fəaliyyət göstərməsi öyrəniləcək.

Hələlik alimlər öyrənə biliblər ki, klinik ölüm keçirən insanların çoxunun gördüyü parlaq obrazlar onların beyin neyronlarını sönməzdən qabaqkı güclü aktivləşməsi ilə bağlıdır. Ölməkdə olan 9 siçovulun beyninin elektroensefaloqrafda öyrənilməsindən sonra bu nəticəyə gəlinib.

Eksperiment vaxtı ekspertlər beyin dalğalarının iki tipini – teta və qamma dalğaları müşahidə ediblər. Meditasıya və yuxugörmə prosesləri də bu dalğalarla bağlıdır. Ölərkən tunelin sonunda işıq görmək və ya digər parlaq obrazlar da beyində teta və qamma dalğalarının güclənməsilə əlaqəlidir. Bu aktivlik çox güclü və oldiuqca realistik hallüsinasiyalar yaradır.

Ölərkən beynin aktivliyinin niyə artmasının səbəbləri isə hələ ki, məlum deyil.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti