Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanılır

   Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanılır
  13 Mart 2020    Oxunub:3218
Bu gündən birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, I sinfə elektron qəbula martın 10-u saat 11:00-dən etibarən start verilib. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti