Xocavənddə anadan olan qıza Ermənistanda vəzifə verildi

Xocavənddə anadan olan qıza Ermənistanda vəzifə verildi
  13 Mart 2020    Oxunub:12272
Ermənistanın Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin edilib.
Azvision.az xəbər verir ki, müdafiə naziri David Tonoyanın əmri ilə bu vəzifəni Şuşan Stepanyan yerinə yetirəcək.

Şuşan Stepanyan 8 avqust 1988-ci ildə Dağlıq Qarabağın Xocavənd şəhərində anadan olub. O, ixtisasca jurnalistdir. 2007-2009-cu illərdə “Hetk” elektron nəşrində çalışıb. 2009-cu ildə müqaviləli hərbi xidmətə keçib, "Ermənistan əsgəri" qəzetində müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən Stepanyan Ermənistan Silahlı Qüvvələrində xidmət edir. Mayor hərbi rütbəsini daşıyır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti