Çin ABŞ-ı koronavirusu yaymaqda ittiham etdi

  13 Mart 2020    Oxunub : 2525
Çin ABŞ-ı koronavirusu yaymaqda ittiham etdi
Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan ABŞ-ı Uhanda koronavirusu yaymaqda ittiham edib.

Azvision.az xəbər verir ki, Litszyan “Twitter” səhifəsində Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri Robert Redfildin görüntülərini paylaşaraq, Çindən öncə ABŞ-da bu virusdan ölənlərin olduğunu iddia edib.
O, ilk xəstənin ABŞ-da nə zaman aşkar edildiyi, neçə nəfərin yoluxduğu və hansı xəstəxanalarda yerləşdirildiyi barədə rəsmi Vaşinqtondan açıqlama tələb edib: "Virusu Uhana ABŞ ordusu gətirə bilər. Dürüst olun, məlumatlarınızı dərc edin. ABŞ bizə izah etməlidir”.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Çin   ABŞ   Koronavirus