Cənubi Koreyada koronavirusdan 67 nəfər ölüb

Cənubi Koreyada koronavirusdan 67 nəfər ölüb
  13 Mart 2020    Oxunub:1226
Ötən gün Cənubi Koreyada koronavirusa 110 yeni yoluxma qeydə alınıb.
Azvision.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 979 nəfərə qədər artıb, ölənlərin sayı isə 67 nəfərə çatıb.

Son məlumata görə, virusa yeni yoluxma hallarından 67-si Tequ şəhərində aşkarlanıb. Qeyd edilir ki, 117 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Məlumata görə, hazırda daha 17 940 nəfərin analizi aparılır.

Azvision.az


Teqlər: CənubiKoreya  





Xəbər lenti