COVID-19: İndiyədək 70 mindən çox xəstə sağalıb

COVID-19:  İndiyədək 70 mindən çox xəstə sağalıb
  13 Mart 2020    Oxunub:2364
Bu günədək dünyada 134 min 806 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, indiyədək virusa yoluxmuş 4984 xəstə ölüb. 70 min 395 nəfər sağalıb. Yerdə qalan 59 min 427 nəfərdən 53 min 669-nun vəziyyəti qənaətbəxş hesab olunur. 5758 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Bu günə kimi koronavirusa dünyanın 127 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80814 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3177 nəfərə çatıb. Sutka ərzində yoluxanların sayı cəmi 21 nəfər olub. Son 12 saatda 8 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 15 min 113 nəfər xəstə qeydə alınıb. Onlardan 1016 nəfəri dünyasını dəyişib. Hesabat müddətində yeni yoluxma halı qeydə alınmayıb.

Üçüncü sırada yer alan İranda 10075 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 429 nəfəri ölüb. Son 12 saat ərzində yeni yoluxma faktı qeydə alınmayıb.

Dördüncü yerdə qərarlaşan Cənubi Koreyada isə 7979 virusa yoluxma halı təsdiqlənib. Onlardan 67 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 110 nəfər virusa yoluxub və 1 nəfər ölüb.

Ümumilikdə isə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə 250 yeni virusa yoluxma faktı qeydə alınıb, cəmi 10 nəfər virusdan dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti