Yunanıstanda 90 nəfər qripdən ölüb

Yunanıstanda 90 nəfər qripdən ölüb
  13 Mart 2020    Oxunub:1644
Yunanıstan Milli Səhiyyə Təşkilatının məlumatına əsasən, ölkədə 90 nəfər mövsümi qripdən ölüb.
Azvision.az xəbər verir ki, mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin oktyabr ayından bu günə qədər laboratoriya tərəfindən təsdiqlənmiş 238 ciddi qrip hadisəsi qeydə alınıb. Bu xəstələrdən yalnız 89-u (37,4%) qripə qarşı peyvənd edilib.

Qripin “A” ştammı olan A, H (H3N2) və A (H1N1) pdm09 tipli xəstələrin əksəriyyəti üstünlük təşkil edir. Qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.

Azvision.az


Teqlər: Yunanıstan  





Xəbər lenti