Məşhurun boşanması koronavirusa görə təxirə salındı

Məşhurun boşanması koronavirusa görə təxirə salındı
  13 Mart 2020    Oxunub:1676
Moskva məhkəməsi məşhur müğənni Lolita Milyavskayanın tennisçi Dmitri İvanovdan boşanması ilə bağlı iddiaya baxılmasını təxirə salıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmənin təxirə salınmasına səbəb Lolitanın martın əvvəlində İtaliyadan qayıtmış vəkilinin hələ də karantində olmasıdır.

Müğənninin nümayəndəsi Sergey Jorinin bununla bağlı vəsatəti təmin edilib. İclas martın 27-i saat 12:00-dək təxirə salınıb.

Qeyd edək ki, keçən il İvanov boşanma ilə bağlı məhkəməyə müraciət edib. Lolita 9 il davam edən beşinci evliliyinin saxta olduğunu etiraf edərək, qarşılıqlı iddia qaldırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boşanma  





Xəbər lenti