ABŞ dünyada xaos yaratmaqda ittiham edildi

  13 Mart 2020    Oxunub : 1651
ABŞ dünyada xaos yaratmaqda ittiham edildi
ABŞ beynəlxalq normalarla hesablaşmayarq çoxtərəfli sazişlərdən geri çəkilir, sanksiyalar və silahlardan istifadə edir. ABŞ-ın hegemonluq ruhundakı hərəkətləri dünyada xaos və humanitar fəlakətlərə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının "ABŞ-da insan hüquqlarının pozulması-2019" adlı məruzəsində deyilir.

Qeyd olunub ki, hegemon mövqeyini müdafiə etmək üçün Amerika Birləşmiş Ştatları BMT nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq nizam və münasibətlər sistemini pozaraq birtərəfli siyasət aparır.

Həmçinin bildirlib ki, Vaşinqton, hər fürsətdə beynəlxalq razılaşmalardan çıxaraq məsuliyyətdən yayınır, mövcud olan qlobal qarşılıqlı etimad və əməkdaşlıq təməllərini sarsıdır: "ABŞ dəfələrlə sanksiyalara və silah tətbiqinə əl ataraq dünyanın bir çox yerində qarışıqlığa, xaosa və ciddi humanitar fəlakətlərə səbəb olub".

Azvision.az

Teqlər: ABŞ   Çin