Litva həddini aşdı

Litva həddini aşdı
  15 Mart 2013    Oxunub:1592
Litva parlamenti Dağlıq Qarabağın separatçı rejimi ilə parlamentlərarası qrupun yaradılmasını rəsmi elan edib
Martın 14-də Litva parlamentinin plenar iclasında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə parlamentlərarası qrupunun yaradılması rəsmi elan olunub.

APA-nın “DELFİ”-yə istinadən verdiyi xəbərə görə, iclasda sədrlik edən Vitautas Qapşis qrupun yaradılması barədə bəyanatı elan etdikdən sonra deputatları qrupa qoşulmağa dəvət edib və bu qrupun planlaşdırdığı ilk iclası barədə məlumat verib.

Litvanın keçmiş XİN rəhbəri Aundronyus Ajubalis bu qərarla bağlı hiddətlə qeyd edib ki, bu cür qrupun yaradılması Litvanın rəsmi xarici siyasətinə ciddi xələl gətirir. ”Siz indi elan etdiyiniz bəyanat Seymin, Xarici İşlər Komitənin (XİK) tövsiyələrinə, nizamnaməsinə, idarəçiliyinə ziddir. Seym parlamentlərarası qrupları beynəlxalq səviyyədə tanınmış dövlətlərlə bağlayır. Bu vəziyyətdə isə Seymdə bu cür qrup yaradıla bilməz, belə hallar bizim parlamenti və Litva dövlətini müəmmalı vəziyyətə sürükləyir və biz bu vəziyyətdə siyasi oyunların və Qafqazdan olan milli azlıqlarla qarşıdurmaların meydanına çevrilirik “, deyə Ajubalis bildirib.

Qeyd edək ki, bu ilin fevralın 27-də Azərbaycanın Litvadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Etiraz notası Litva Seyminin bir qrup üzvünün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə dostluq qrupu yaradılması təşəbbüsü ilə bağlı olub.


Teqlər:  





Xəbər lenti