İraqdan Azərbaycana 112 uşaq göndərilib

  13 Mart 2020    Oxunub : 987
 İraqdan Azərbaycana 112 uşaq göndərilib
İraq hökuməti 112 uşağı Azərbaycana göndərib.
Azvision.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğuna görə İraq məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 112 uşaq Azərbaycan Respublikasına göndərilib. Ekstradisiya prosesində İraq Ali Məhkəmə Şurasının nümayəndəsi, Azərbaycan səfirliyinin əməkdaşları və İraq XİN-in təmsilçiləri iştirak ediblər”, - deyə XİN rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, bununla İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 940-a çatıb. Onların 248 nəfəri azərbaycanlıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İraq