İranda koronavirusdan ölənlərin sayı 514-ə çatıb

 İranda koronavirusdan ölənlərin sayı 514-ə çatıb
  13 Mart 2020    Oxunub:1825
İranda yeni növ koronavirusdan ölənlərin sayı 514 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlik rəsmisi Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 85 nəfər dünyasını dəyişib. Eyni zamanda, gün ərzində 1289 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

Ümumilikdə, virusa yoluxanların sayı 11 364, sağalanlar isə 3 529 nәfәrdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti