Polşa səfirliyi viza verilməsini dayandırır

 Polşa səfirliyi viza verilməsini dayandırır
  13 Mart 2020    Oxunub:2979
Polşanın Azərbaycandakı səfirliyi COVID-19 pandemiyası ilə əlaqədar 16 mart tarixindən etibarən viza müraciətlərinin qəbulunu dayandırır.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, Konsulluq və Polşa Diaspor Şöbəsi 29 mart tarixinədək koronavirus təhlükəsi səbəbindən müştərilərin və milli viza üçün müraciətlərin qəbulunu dayandırır.

Şengen vizası ilə bağlı müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda qəbul olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polşa   Koronavirus   Səfirlik   Viza  





Xəbər lenti