“Formula-1”in Bəhreyn və Vyetnam mərhələsi təxirə salındı

“Formula-1”in Bəhreyn və Vyetnam mərhələsi təxirə salındı
  13 Mart 2020    Oxunub:1479
“Formula -1” Qran-prisinin Bəhreyn və Vyetnam mərhələləri koronavirusun yayılması ilə əlaqədar təxirə salınıb.
Azvision.az xəbər verir ki, Bəhreyn Qran-prisi 20-22 mart, Vyetnamdakı yarış isə 3-5 aprel tarixlərində keçirilməli idi.

Qeyd edək ki, bu mərhələlər mövsümün ikinci və üçüncüsü idi. İlk yarış Avstraliyada keçirilməli idi ki, o da koronavirusa görə ləğv edilib.

Daha əvvəl mediada “Formula 1” mövsümünün yalnız yayda başlaya biləcəyi bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Formula-1  





Xəbər lenti