Azərbaycan Premyer Liqası təxirə salındı

 Azərbaycan Premyer Liqası təxirə salındı
  13 Mart 2020    Oxunub:1984
Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XX turunun oyunları təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb.

Məlumata görə, qərar son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq qəbul olunub.

Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

Azvision.az



Teqlər: Premer-Liqa   PFL  





Xəbər lenti