Bakıda keçirilən Dünya Kuboku yarımçıq dayandırıldı

 Bakıda keçirilən Dünya Kuboku yarımçıq dayandırıldı
  14 Mart 2020    Oxunub:3509
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.
Azərbaycan Gimnastika Federasiyasının Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan Dünya Kubokunun final mərhələləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq ləğv olunub.

Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Azvision.az


Teqlər: Dünya-Kuboku  





Xəbər lenti