Dövlət qulluğuna qəbul imtahanı ləğv edilib
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən imtahanın keçirilməsi təxirə salınıb.
Qeyd edək ki, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.
Azvision.az