Çində gün ərzində 13 nəfər koronavirusdan ölüb

Çində gün ərzində 13 nəfər koronavirusdan ölüb
  14 Mart 2020    Oxunub:1904
Çində koronavirus infeksiyasına yoluxanların sayı 80 min 824 nəfərə çatıb. Onlardan 3 min 189 xəstə ölüb, 65.5 mindən çox insan isə sağalaraq xəstəxanalardan evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Son sutka ərzində ölkədə yalnız 11 yeni yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb, 1430 xəstə evə buraxılıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti