Səudiyyə Ərəbistanı beynəlxalq uçuşları təxirə salıb

Səudiyyə Ərəbistanı beynəlxalq uçuşları təxirə salıb
  14 Mart 2020    Oxunub:1636
Səudiyyə Ərəbistanı hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar bütün beynəlxalq uçuşları iki həftə müddətinə təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin "Twitter” səhifəsində məlumat verilib.

“Səudiyyə Ərəbistanı hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər çərçivəsində 15 mart bazar günündən başlayaraq beynəlxalq uçuşları iki həftə ərzində təxirə salmaq barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkədə infeksiyaya yoluxanların sayının 45-ə çatdığını bəyan edib. Təxminən 4 min nəfər yoxlanışdan keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərəbistan  





Xəbər lenti