Bill Qeyts “Microsoft”u tərk edir

 Bill Qeyts “Microsoft”u tərk edir
  14 Mart 2020    Oxunub:2269
“Microsoft”un qurucusu Bill Qeyts şirkətin idarə heyətini tərk edir.
Azvision.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. Onun şirkəti tərk etməsinin səbəbi xeyriyyə işlərinə daha çox vaxt ayırmaq istəyi ilə izah olunub.

64 yaşlı Bill Qeyts 2008-ci ilə qədər “Microsoft”un baş direktoru vəzifəsində çalışıb. O, bundan sonra vaxtını xeyriyyə fonduna sərt edəcək. 2008-ci ildə təsis edilən Bill və Melinda Geyts Fondu sosial, təhsil, tibbi layihələr və gender bərabərliyi sahəsində təşəbbüsləri dəstəkləyir.

Qeyd edək ki, Bill Qeyts “Microsoft”u 1975-ci ildə Pol Allen ilə birlikdə qurub. "Forbes"in məlumatına görə, 113.1 milyard dollar sərvəti olan Qeyts dünyanın ən varlı adamlarının siyahısında ikinci yeri tutur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: “Microsoft”  





Xəbər lenti