Yeni doğulmuş körpə koronavirusa yoluxdu

  14 Mart 2020    Oxunub : 1894
Yeni doğulmuş körpə koronavirusa yoluxdu
Böyük Britaniyada yeni doğulmuş körpənin koronavirus testi müsbət nəticə verib.
Azvision.az "The Sun"a istinadən xəbər verir ki, hamilə qadın sətəlcəmə bənzər simptomlarla Londondakı xəstəxanaya aparılıb və burada analiz verib. Lakin analizlərin müsbət nəticəsi yalnız doğuşdan sonra məlum olub.

Körpənin doğulmasından bir neçə dəqiqə sonra onu da müayindən keçiriblər. Həkimlər körpənin doğuş zamanı, yaxud bətində olarkən Covid-19-a yoluxduğunu müəyyənləşdiriblər. Ananın vəziyyəti nisbətən ağırdır və o, körpəsi ilə ayrı-ayrı xəstəxanalara yerləşdirilib.

“Hər iki xəstə ilə ünsiyyətdə olan tibb işçilərinə təcrid olunmaq tövsiyə edilib. Səhiyyə işçiləri təcili olaraq yoluxmanın səbəblərini öyrənməyə çalışırlar", - deyə xəstəxandan bildirilib.

Səhiyyə rəsmiləri hamilə qadınlar və körpələrdə virusun ağırlaşma riskinin az olduğunu və əksəriyyətində yüngül simptomların olacağını güman etdiklərini vurğulayıblar.

Xatırladaq ki, həmin körpə dünyada koronavirusa yoluxmuş ən azyaşlı insandır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: London   Koronavirus