ABŞ hərbçilərinin olduğu bazaya növbəti hücum olub

ABŞ hərbçilərinin olduğu bazaya növbəti hücum olub
  14 Mart 2020    Oxunub:2106
İraqda ABŞ və beynəlxalq koalisiya qüvvələrinə məxsus əsgərlərin yerləşdiyi Taci hərbi bazasına həftə ərzində ikinci raket hücumu olub.
Azvision.az xəbər verir ki, İraq təhlükəsizlik rəsmiləri yerli mediaya açıqlamlarında Bağdadın şimalındakı bazanın raket hücuma məruz qaldığını təsdiqləyib.

Hücum zamanı itkinin olub-olmadığı barədə açıqlama verilməyib.

Xatırladaq ki, martın 11-də Taci hərbi bazasına edilən hücumda 2 ABŞ və 1 ingilis əsgəri həyatını itirib, 12 əsgər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   ABŞ  





Xəbər lenti