"Neftçi" klubu fəaliyyətini dayandırdı

 "Neftçi" klubu fəaliyyətini dayandırdı
  14 Mart 2020    Oxunub:2360
"Neftçi" klubu fəaliyyətini müvəqqəti dayandırıb.
Azvision.az xəbər verir ki, "Neftçi" PFK bu barədə açıqlama yayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik dayandırıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Azvision.az


Teqlər: Neftçi   Klub  





Xəbər lenti