Çində bir gündə 10 nəfər koronavirusdan ölüb

Çində bir gündə 10 nəfər koronavirusdan ölüb
  15 Mart 2020    Oxunub:1493
Çində koronavirus infeksiyasına yoluxanların sayı 80 min 844 nəfərə çatıb. Onlardan 3199-u ölüb, 66911 xəstə isə sağalaraq xəstəxanalardan evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Son sutka ərzində ölkədə 20 yeni yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb, 1370 xəstə sağalıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti