Latviya avroya keçir

Latviya avroya keçir
  28 Dekabr 2013    Oxunub:1003
Əhalisi 2 milyondan ibarət Latviya yanvarın 1-dən avro pul vahidinə keçəcək. Avrodan istifadəyə başlayacaq Latviya Avropa İttifaqının 18-ci ölkəsidir.
2004-cü ildən Avropa İttifaqının üzvü olan Latviyada cari ildə daxili məhsul istehsalı 4 faiz artıb. Avro pul vahidinə keçidlə əlaqədar ölkədə keçirilən rəy sorğusunun iştirakçılarının 20 faizi yeni pul vahidinin işlənməsinin tərəfdarı, 58 faiz isə onun əleyhinə olduqlarını bəyan ediblər.

Latviyanın maliyyə naziri avronun ölkə üçün heç bir problem yaratmayacağına əminliyini bildirib.


Teqlər:





Xəbər lenti