Rusiya Belarusla sərhədi bağlayır

Rusiya Belarusla sərhədi bağlayır
  16 Mart 2020    Oxunub:1737
Rusiya Federasiyası Belarusla sərhədi bağlayır.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Mixail Mişustin məlumat verib. Onun sözlərinə görə, sərhədlər insanların hərəkəti üçün bağlanacaq.

Baş Nazir, həmçinin vurğulayıb ki, Rusiyada koronavirusa qarşı görülən bütün tədbirlər infeksiyanın Rusiyada yayılmasının qarşısını ala bilər.

"Ölkəmizi koronavirusun kütləvi şəkildə yayılması təhlükəsindən qorumaq üçün lazım olan bütün addımları atmağa davam edəcəyik", - deyə Mişustin qeyd edib.

Son məlumatlara görə, Rusiyada virusa yoluxanların ümumi sayı 64 nəfərə çatıb. Belarusda 27 vətəndaşda koronavirus aşkarlanıb, onların üçü sağalaraq xəstəxanadan buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Belarus   Koronavirus   Sərhəd  





Xəbər lenti