Səfirlik Pakistanda yaşayan azərbaycanlılara müraciət etdi

  16 Mart 2020    Oxunub : 991
Səfirlik Pakistanda yaşayan azərbaycanlılara müraciət etdi
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyi koronavirusla bağlı bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib.

Müraciətdə qeyd edilib ki, yeni növ koronavirusun dünyanın bir çox ölkələrində, o cümlədən Pakistanda yayılması müşahidə olunmaqdadır.

"Vətəndaşlarımızı Pakistan dövlət qurumlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyə, zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı, insanların kütləvi şəkildə toplandıqları ərazilərdən çəkinməyə çağırırıq.

Pakistanda yaşayan Azərbaycan vətəndaşlarından yeni tip koronavirusla (COVID-19) bağlı sualların yaranacağı təqdirdə səfirlikdə yaradılmış qaynar xətt mobil telefon nömrələri ilə (Tel: 00 92 335 523 05 00, Tel: 00 92 315 535 75 76) əlaqə saxlamaları xahiş olunur", - deyə müraciətdə bildirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan   Səfirlik