ATƏT bütün görüşləri təxirə saldı

ATƏT bütün görüşləri təxirə saldı
  16 Mart 2020    Oxunub:2103
ATƏT 3 aprel tarixinə qədər Vyanadakı görüşləri təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama “Twitter”də yazıb.

“Heyətimizin, iş yoldaşlarımızın, ailələrimizin və dostlarımızın sağlamlığı ilk yerdə dayanır. COVID-19-a görə biz ATƏT çərçivəsində Vyanda planlaşdırılan görüşləri aprelin 3-dək ləğv etdik. Əməkdaşlarımız kənardan işləyəcək və yalnız kritik qərarlar qəbul ediləcək”, - deyə Rama əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti