Macarıstan səfirliyi viza verilməsini dayandırdı

  16 Mart 2020    Oxunub : 799
 Macarıstan səfirliyi viza verilməsini dayandırdı
Macarıstanın Azərbaycandakı səfirliyi diplomatik vizalar istisna olmaqla viza verilməsini dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirlik “Facebook” səhifəsində məlumat yayıb.

“Macarıstan səfirliyi sizə bildirmək istəyir ki, gələn xəbərdarlığa qədər viza verilməsi prosesi dayandırılır (diplomatik viza istisna olmaqla)”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Macarıstan   Səfirlik