“Apple” şirkəti 1,1 milyard avro cərimələndi

“Apple” şirkəti 1,1 milyard avro cərimələndi
  16 Mart 2020    Oxunub:1531
Fransa hakimiyyəti ABŞ-ın “Apple” şirkətini 1,1 milyard avro cərimələyib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, buna səbəb şirkətin ticarət şəbəkəsi tərəfindən antiinhisar qanunvericiliyini pozmasıdır.

Həmçinin, “Tech Data” və “Ingram Micro” şirkətləri də kartel tətbiq etdiklərinə görə müvafiq olaraq 76,1 milyon avro və 62,9 milyon avro cərimə edilib.

"Apple şirkəti Fransada elektron məhsulların paylanması şəbəkəsində rəqabətə qarşı üç üsul tətbiq etməkdə ittiham edilib”, - deyə şirkət bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Apple  





Xəbər lenti